Tahir İmanov meyvə ala bilməyən deputatı lağa qoydu: 250 minlik “Bentley”, yoxsa 8 manata gilas? – VİDEO

“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Tahir İmanov deputat Fəzail Ağamalının “İmkan edib, təzə meyvələrdən ala bilmədim” açıqlamasına ironik yanaşıb.

Oxu.Az-ın məlumatına görə, Tahir İmanov deputatı parodiya edərək sosial şəbəkədə video yayımlayıb.

Əməkdar artist videoda deputatı ələ salaraq telefon zənglərini cavablayırmış kimi yamsılayıb. Gələn zənglərdə ona ünvanlanan sualları cavablayaraq: “Bentley” alırsan? Neçəyədir? 250 min? Yaxşı, al” desə də, bir digər zəngdə isə “başın xarab olub, 8 manata gilas olar?! Mənə 8 manata gilas lazım deyil. Məni bankrot etmək istəyirlər”, – deyərək lağa qoyub.

Sözügedən görüntüləri təqdim edirik:

https://player.baku.tv/embed/56311

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]