Altı məktəbin ali təhsilsiz direktor müavini işdən çıxarıldı

Altı Kəlbəcər məktəbində direktor müavinləri vəzifələrindən azad edilib.

Aktualtv.az Modern.az-a istinadən məlumatına əsasən, buna səbəb həmin şəxslərin ali təhsilli olmamalarıdır.

Kəlbəcər Rayon Təhsil Şöbəsindən faktı təsdiq ediblər.

Qeyd edək ki, ötən ilin sonu Kəlbəcər Rayon Təhsil Şöbəsinə yeni rəhbər təyin edilib. Buna səbəb kimi sözügedən bölgədə təhsildə qanunsuz fəaliyyətlə mübarizənin qarşısının alınması göstərilir. Kəlbəcər Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsini Namiq Rəcəbov icra edir. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]