Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib – TƏFƏRRÜAT

Ermənistana turist kimi gələn çinli Lei Manna İrəvanda polis əməkdaşı tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.

Aktualtv.az  xəbər verir ki, bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Çin vətəndaşı bildirib ki, polis əməkdaşı ona qarşı əxlaqsız hərəkətlər edib. Hadisə iyunun 2-də baş verib. Belə ki, həmin gün qaldığı otel kirayə üçün verdiyi artıq pulun qalığını qadına qaytarmayıb. Lei Manna bu səbəbdən polisə müraciət edib. Polis əməkdaşları gələndə o, otelin xaricində dayanıb. Onlardan biri turistə qarşı əxlaqsız hərəkətlər edib.

Çin vətəndaşı avtomobilə əyləşəndə polis əməkdaşı digər iş yoldaşlarının və tərcüməçinin yanında ona qarşı növbəti dəfə əxlaqsız davranış sərgiləyib.

Cinsi təcavüzə məruz qalan Lei Manna hadisə ilə bağlı polisə məlumat verəndə hüquq-mühafizə orqanları hadisədə “cinayət tərkibi” olmadığını iddia edərək, onun şikayətini qəbul etməkdən imtina ediblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]