“Dayaq” Təşkilatı “MÜZƏFFƏR ORDU” adlı tədbir keçirdi.

“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının təşkilatçılığı ilə 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə “Müzəffər Ordu” adlı tədbir keçirildi.
Tədbirdə millət vəkilləri, qazilər, müharibə iştirakçıları, “DAYAQ” təşkilatının idarə heyəti, ictimaiyyət nümayəndələri, KİV-lər iştirak edərək çıxış etdilər.

Tədbirdə çıxış edənlər bildirdilər ki, 26 iyun 1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atılıb.

Natiqlər onu da bildirdilər ki, 1992-ci il oktyabrın 9-da isə silahlı qüvvələrimizin Bakıda ilk hərbi paradı keçirilib. O zaman Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Tədbirdə təşkilatın sədri Qalib Əliyev çıxış edərək qeyd etdi ki, Azərbaycan Ordusunun böyük rəşadəti ilə Şuşanı işğaldan azad etməsi bu tarixi qələbə zəfəri nəticəsində Ermənistan Ordusuna sarsıdıcı zərbə vuruldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev Vətən müharibəsi dövründə ciddi beynəlxalq təzyiq və təhdidləri məhz xalqın inam və iradəsinə, birliyinə söykənərək dəf etdi. Qalib Əliyev onu da qeyd etdi ki, bu qələbəni xalqımıza bəxş edən Vətən övladları daima hər cür diqqət və qayğı ilə əhatə olunmalıdır.

“Dayaq” Təşkilatının İdarə heyətinin üzvü Zamin Zeynal tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı tərəfindən 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə “Müzəffər Ordu” adlı tədbir keçirməkdə əsas məqsəd bu cür milli vəvətənpər ruhlu tədbirlərin reallaşdırılması 44 günlük müharibə dövründə öz sağlamlığını itirmiş Qazi soydaşlarımızı Silahlı Qüvvələr genündə genündə sevindirərək onları keçdikləri vətənpərvərlik yolunu böyüməkdə olan nəsilə örnək kimi təqdim etməkdir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]