Deputatın “Gilas ala bilmirəm” ifadəsi ironik videolarla lağa qoyulub – VİDEO

Son günlər millət vəkili Fəzail Ağamalının “Gilas ala bilmirəm” açıqlaması müzakirələrə səbəb olub. Deputatın qiymətlə əlaqədar bu meyvədən yeyə bilməməsi haqda sosial şəbəkələrdə yüzlərlə zarafatyana paylaşım edilib. 

Gununsesi.info xəbər verir ki, aktyor Tahir İmanov da məsələ haqda ironik video çəkib.

“Planet Parni iz Baku” KVN teatrının rəhbəri divanda əyləşərək deputatı təqlid edib. O, gələn zənglərə cavab verərək “250 minə “Bentley”? Yaxşı, al”, “Sotu 30 minə torpaq? Yaxşı, al” desə də, söhbət “8 manatlıq gilas”dan gedirsə, baha deyərək deputatın açıqlamasına eyham vurub.

Daha sonra millət vəkili Fəzail Ağamalı əməkdar artist Tahir İmanovun onu ələ salmasına münasibət bildirib. Bu barədə OLAY-a açıqlama verən deputat bildirib ki, sözügedən videodan xəbərdar deyil: “Həmin açıqlamaya gəlincə… Mən sadəcə gilasın qiymətini demişəm. Bilmirəm, nə mövzu axtarırlar ki, kimisə hədəf alsınlar. Tahir İmanov çox hörmət etdiyim, keçmiş dostum, Anar Məmmədxanovun rəhbərliyi altında bizə pozitiv hisslər bəxş edib. Ona hörmətim var. Deyib, canı sağ olsun, bu da onun mövqeyidir. Lakin insanı ələ salmaq yox, fikrinə tənqidi yanaşmaq olar. Görünür, bu da onun stilidir”.

Millət vəkili aktyorun videoda 250 minlik “Bentley”dən danışmasından da söz açıb: “Mənim 250 minlik maşınım yoxdur. “Toyota” markalı avtomobil sürürəm.  O maşın 250 minlik deyil. Zəhmət çəksin, internetdə oxusun, baxsın. Həmin maşını 2017-ci ildə almışam. Ümumiyyətlə nə mən, nə də övladlarım 250 minlik maşın sürmüşük”.

Bundan sonra T.İmanovun həmkarı, aktyor Bəhram Bağırzadə də bənzər video çəkib. Sosial şəbəkə hesabında qarşısındakı boşqaba bir gilas qoyaraq onu bahalı yemək kimi yeməyə başlayıb. Bu zaman çəngəl-bıçaqdan istifadə edən aktyorun fonda qoyduğu mahnı da diqqət çəkib. B.Bağırzadə videoya “Saboun xeyir” başlığını yazaraq gülüş işarələri qoyub.

Gununsesi.info

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]