Baş nazir bu qurumlarla bağlı qərar imzaladı

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxsin Nizamnaməsi və strukturu təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dendrologiya Bağının nizamnamə fondu da məlum olub. Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Dendrologiya Bağı” publik hüquqi şəxsin Nizamnaməsi”ndə əksini tapıb.

Nizamnaməyə əsasən, Bağın nizamnamə fondu 1183991,0 (bir milyon yüz səksən üç min doqquz yüz doxsan bir) manatdır.

Bağın əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla müəyyən edilən digər vəsaitlərdən formalaşır.

Nizamnaməyə görə, bağın fəaliyyət istiqamətləri aşağıdakılardır:

-Azərbaycanın bitki ehtiyatlarının zənginləşdirilməsi və tədqiqi üçün respublikanın müxtəlif ekoloji şəraitində bitən və xarici ölkələrdən gətirilən nadir, nəsli kəsilməkdə olan bitkilərin genofondunu saxlamaq və mühafizəsini təşkil etmək;

-Bağın ərazisinin paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarının keçirilməsi üçün unikal təbiətə malik istirahət məkanına çevrilməsi məqsədilə zəruri tədbirlər görmək;

nəbatat və ekologiya elminin nailiyyətini təbliğ etmək;

-Bağa aid ərazini idarə etmək, mühafizəsi və qorunması ilə bağlı tədbirlər görmək;

-Bağın ərazisində bitki növlərinin və yaşıllıq sahələrinin salınması, onlara qulluq edilməsi, həmin bitkilərin qorunması və saxlanılması işlərini təşkil etmək.

“Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin idarə olunması qaydası açıqlanıb.

Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin Nizamnaməsi”ndə əksini tapıb.Qərara əsasən, İdarə Heyəti 3 (üç) üzvdən – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir və İdarə Heyətinin sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyəti sədrinin müavinlərindən biri icra edir.

Qərarda, həmçinin bağın nizamnamə fondu da təsdiq olunub.

Qeyd olunub ki, bağın nizamnamə fondu 173761,0 (yüz yetmiş üç min yeddi yüz altmış bir) manatdır.
Bağın əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla müəyyən edilən digər vəsaitlərdən formalaşır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]