Lalə Azərtaş QHT müsabiqəsində necə qalib oldu? – ETİRAZ

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa ili”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin nəticələrini elan edib. Qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında agentliyin müşahidə şurası qərar qəbul edib.

Aktualtv.az Publika.az istinadən xəbər verir ki, müsabiqənin qalibləri arasında tanınmış teleaparıcı Lalə Azərtaş da var.

O, “Şuşanı tanıyaq, tanıdaq” adlı layihənin müəllifidir. Layihənin büdcəsi 25 min 260 manatdır.

Qeyd edək ki, tanınmış teleaparıcının adının qaliblər siyahısında olması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Tanınmış QHT rəhbərləri onun hətta ictimai birlik rəhbəri olmasından xəbərsiz olduqlarını qeyd edərək belə bir mühüm müsabiqədə qalib gəlməsinin təəccüb doğurduğunu vurğulayıblar.

“Necə olur ki, “Şuşa ili”nə həsr olunan bir müsabiqədə təcrübəli təşkilatlar kənarda qalır, ancaq heç bir fəaliyyəti ictimaiyyətə bəlli olmayan, təcrübəsi barədə tamamilə məlumatsız olduğumuz bir ictimai birlik seçilir?” – deyə onlar narazılıqlarını bildiriblər.

Lalə Azərtaş “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin rəhbəridir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]