“Lalə Azərtaşı “boşqab”da irəli itələyirlər” – QHT rəhbərindən müsabiqə qalibinə AĞIR SÖZLƏR

“Lalə Azərtaş kimi Qeyri Hökumət Təşkilatları rəhbərləri iki günün QHT sədrləridir. Biz heç cürət edib oraya layihə vermədik ki, Şuşanın adına uyğun layihə icra eləmək böyük məsuliyyət tələb edir. Lalə kimi adamlara təşkilat açıblar, onun kimi adamları da boşqabda irəli itələyirlər”.

Aktualtv.az xəbər verirki Bunu Publika.az-a açıqlamasında Əsgər ailələrinə dəstək İctimai Birliyinin rəhbəri Mətanət Əskərqızı bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa ili”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin nəticələrinin elan edilməsinə münasibət bildirərkən deyib.

Mətanət Əskərqızı bildirib ki, bir vaxt bir dəstə “jurnalistləri” ev almaq üçün mediaya gətirdilər, indi də QHT-lərin belə adımların çiyninə bu adamları atırlar ki, həmin yükü biz daşıyaq:

“Mən həmin siyahıda Lalə Azərtaş kimi adamın olmasından çox narazıyam. Lalə gedib aparıcılığını eləsin, hələ QHT-çiliyi öyrənsin, ondan sonra gəlsin. Biz hesab etdik ki, belə bir işin altına girmək məsuliyyətdir. Belələri girirlərsə, mən nə deyim?! Siyahıda onun və digərlərinin adını görəndə məəttəl qaldım. Neçə ildir ki, QHT rəhbəriyəm və uzun illərdir jurnalistikada çalışıram. Mən layihə verməyə ehtiyat etdimsə, görün, belələri özündən nə qədər razıdırlar. Deyəcəklər ki, bu yaxşı layihə yazır və icra edir. Hamısı boş şeylərdir. Mən elələrinin layihəni kimin və necə yazdığını yaxşı bilirəm. Çox şeylər var… Agentliyə layihə verilib, o da onu icra etməlidir. Narazı qaldığım məqam odur ki, əvvəllər 3-5 il təcrübəsi olanlara yüksək məbləğdə qrant ayıra bilirdilər. Belə çıxır ki, 1-2 ilin QHT-si 30 milik, 50 mini ala bilər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]