Mübariz Mənsimovun dəvəti ilə Əli Nəcəfovun valideyinləri Türkiyəyə gəlib

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun dəvəti ilə 44 günlük Vətən müharibəsində şəhid olan Əli Nəcəfovun valideyinləri Türkiyəyə gəliblər. Qeyd edək ki, 20 may 2022-ci ildə Şəhid Əli Nəcəfovun adını daşıyan tanker Bolqarıstanın Varna şəhərindəki “Terem Shipyard” tərsanəsində istismara verilərək dünya sularına ilk səfərinə yola salınmışdır. Uzunluğu 140, eni 17 metr olan tankerin yükdaşıma qabiliyyəti 7000 dwt-dir.

Vətən Müharibəsinin şəhidi Əli Seyran oğlu Nəcəfovun valideyinləri xeyir dua verdikdən sonra tanker səfərinə davam edəcək. Bununla bağlı iyulun 30-da keçiriləcək təntənəli mərasimdə həmçinin Şəhid Xudayar Yusifzadənin adını daşıyan tanker də dəniz sularına yola salınacaq.

Əli Seyran oğlu Nəcəfov 24 may 1998-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olub. 2016-cı ildə Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinə Maliyyə ixtisası üzrə qəbul olub. 2020-ci ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi alıb. Azərbaycan Ordusunun əsgəri olan Əli Nəcəfov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Nəcəfov oktyabrın 20-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əli Seyran oğlu Nəcəfov ölümündən sonra «Vətən uğrunda» və 25 dekabr 2020-ci il tarixli digər Sərəncamına əsasən «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilib. Şəhid Masallı rayonunun Tüklə kəndində dəfn olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]