Cəlilabadda ağır qəza: ölü və yaralıların kimliyi bilindi

Cəlilabadda ağır yol qəzası baş verib.

Aktualtv.az Report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı “Hyunday Santafe” markalı minik avtomobili ilə VAZ-2107 markalı minik avtomobili toqquşub.

Nəticədə avtomobillərin sürücüləri müxtəlif dərəcəli xəsarətlər alıblar. Bir nəfər sərnişin isə hadisə yerində ölüb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Cəlilabadda qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

Xəsarət alanlar rayonun Sabirabad kənd sakinləri, 1997-ci il təvəllüdlü Ramal Natiq oğlu Əliyev, 2004-cü il təvəllüdlü Aslan Fikrət oğlu Abbasovdur.

Qəza nəticəsində Sabirabad kənd sakini, 2004-cü il təvəllüdlü Dünyamalı İslam oğlu Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]