Qurban bayramında ətin qiyməti bahalaşacaq? – VİDEO

Qurban bayramı ilə bağlı satışa çıxarılacaq heyvanların qiymətinin bayram ərəfəsində bahalaşacağı, sonra isə ucuzlaşacağı gözlənilir.

Tovuz bazarındakı satıcılar “Xəzər Xəbər”ə bildiriblər ki, yemin qiymətindəki artım satışa təsir edib.

Mingəçevir bazarında isə qəssablar qeyd ediblər ki, əvvəlki aylarla müqayisədə qiymətlər 1-3 manat bahalaşıb. Bu da qurbanlıq heyvanların satış qiymətində özünü hiss etdirəcək.

Satıcılar bildiriblər ki, 14-15 kiloqramlıq quzuların qiyməti 190-200 manatdır.

Qeyd ediblər ki, quzu ətinin bir kiloqramının qiyməti 13 manat, erkək ətinin qiyməti isə 12 manatdır.

Bayram ərəfəsində isə qiymətlərin bir az artacağı istisna edilmir.

Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu il ənənəvi qaydada “Kənddən şəhərə” qurban yarmarkalarının keçirilməsi planlaşdırılır.

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, heyvan kəsim məntəqələrinə xüsusi nəzarət ediləcək. Məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar qaydalara uyğun kəsilmiş heyvanların satışı həyata keçiriləcək.

Daha ətraflı süjetdə:

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]