“Sülh tətbiq olunarsa, Rusiyanın sanksiyaları ləğv olunmayacaq” – Şultz

Almaniya kansleri Ukraynaya qarşı məcburi sülh tətbiq olunarsa, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğv edilməyəcəyini açıqlayıb.

Bu barədə Almaniya kansleri Olaf Şults açıqlama verib. Onun sözlərinə görə, Ukraynaya qarşı məcburi sülhün tətbiq ediləcəyi təqdirdə Moskvaya qarşı sanksiyaların ləğvi gözlənilmir. Çünki belə sülh Rusiyanın şərtləri ilə uyğun gəlir.

Almaniya kansleri əlavə edib ki, lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəklər:

“Lakin Ukraynaya məcburi sülh tətbiq olunarsa, Rusiya sanksiyaları aradan qaldırılmayacaq”.

Şults bir daha etiraf edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Qərb dövlətlərini də çətinləşdirib. Rusiyaya sanksiya tətbiq olunanda bunun bizim üçün də nəticələrinin olacağı aydın idi.

O, həmçinin NATO liderlərinin Madrid görüşündə qəbul etdikləri qərarlar fonunda Rusiya ilə NATO arasında münasibətlərin pisləşməsinin gözlənilmədiyini vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]