Tatlısəsin səhhəti ilə bağlı bəd XƏBƏR

Türkiyəli müğənni İbrahim Tatlısəs səhhəti barədə danışıb.
Aktualtv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qüdsdə konsert verən 70 yaşlı sənətçi pərəstişkarlarıyla söhbət etdiyi zaman “Sol əlim işləmir, amma dilim danışır. Dualarınızla ayaqüstəyəm” söyləyib.

Qeyd edək ki, Tatlısəs 14 mart 2011-ci ildə axşam saatlarında İstanbulun Şişli bölgəsində güllələnib. Sənətçi və köməkçisi Buket Çakıcı naməlum avtomobildən atəşə tutulub. İbrahim Tatlısəs başından, köməkçisi qarın nahiyəsindən güllə yarası alıb. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. İki dəfə əməliyyat olunan müğənninin vəziyyəti uzun müddət ağır olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]