Bağçadakı olaya görə müdir tənbeh edildi

Biləsuvar rayonunda külək nəticəsində uşaq bağçasında bədbəxt hadisə nəticəsində 4 yaşlı uşaq ağır xəsarət alıb.

Aktualtv.az xəbər verir ki, hadisə iyunun 29-da Biləsuvar rayon Əliabad kənd uşaq bağçasında baş verib:

“Hadisə ilə əlaqəli bildiririk ki, güclü külək nəticəsində qapı dolaba çırpılıb, dolabın qapısı 4 yaşlı Mircihad Samir oğlu İbrahimlinin başına dəyib və alın nahiyəsindən yaralanıb. Uşaq aldığı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı müəllim Reyhan Əzizağa qızı Quliyeva işdə olmayıb. O, səhhətində yaranan problemlərə görə bağça müdiri Şəfəq Adil qızı Əhmədovadan icazə alıb.

Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda uşağın vəziyyəti normaldır. Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri uşağı evində ziyarət edib, vəziyyəti ilə yaxından maraqlanıb.

Əliabad kənd uşaq bağçasının müdiri Ş.Əhmədova bağçada əmək intizamına nəzarət etmədiyi və uşaqların təhlükəsizliyini təmin etmədiyi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən gələcəkdə əmək intizamı tənbehinə cəlb edilib”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]