Bu şəxslərə əlillik verilməyəcək

“Əvvəlki qaydalarda olduğu kimi, bu gündən qüvvəyə minəcək əlilliyin müəyyən olunması meyarlarında bir böyrəyin olmaması əlillik üçün əsas yaratmır. İkinci böyrəyin ağırlaşması hallarında əlillik üçün əsas yaranır”.

Aktualtv.az APA-ya istinadla xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyib.

Onun sözlərinə görə, çünki bir böyrək olmasa belə digər böyrək sağlamdırsa, tibbi proqnoza əsasən şəxs 30 ilədək yaşaya bilər:

“Digər böyrəkdə ağırlaşma varsa, bunun üçün əlilliyin müəyyən edilməsi üçün müraciət edə bilər. Yeni meyarlarda görmənin və eşitmənin paralel xəstəlikləri var. Şəxsdə görmə və eşitmə əlilliyi varsa, burada daha yüksək əlillik dərəcəsinin təyinatı üçün əsas yaranır. Bu, Almaniya təcrübəsindən götürülüb. Həmin şəxslərə yüksək müavinət ödəniləcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]