Şənbə gününə olan hava proqnozu açıqlandı

Azərbaycanda iyulun 2-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-55 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti: şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar olaraq əhalinin diqqətli olması tövsiyyə olunur.

Dəniz suyunun temperaturu: şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Azərbaycanın rayonlarında

Əksər rayonlarda əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]