Ukraynada 3 rus agenti SAXLANILDI

Ukraynanın cənubunda Silahlı Qüvvələrin mövqelərində kəşfiyyat aparan 3 rus agenti saxlanılıb.

Aktualtv.az  xəbər verir  ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzində məlumat verilib.

Aşkar edilmiş agent şəbəkəsi Ukraynada kəşfiyyat və təxribat fəaliyyəti həyata keçirmək üçün Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən yaradılıb.

“Nikolaiv vilayətində keçirilən xüsusi əməliyyat zamanı 3 rus genti saxlanılıb. Onlar Silahlı Qüvvələrin bölmələrinin döyüş mövqelərini və hərəkətlərini, həmçinin regionda mühüm strateji infrastruktur obyektlərinin geolokasiyalarını kəşf ediblər. Cinayət əməllərini ört-basdır etmək üçün Cinayəti törədənlər yaxın qohumlarını və digər yerli sakinləri xəbərçi kimi cəlb ediblər”, – deyə xüsusi xidmətdən bildirilib. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]