Qaziyə icra hakimiyyətində VƏZİFƏ VERİLDİ

Şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının daim diqqətdə saxlanılması dövlətimizin başçısı cənab İlham Əliyevin məmurlar qarşısında qoyduğu prioritet tələblərdəndir. Torpaqlarımızın hər qarışında Vətən övladlarının axan qanı ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını şərtləndirib ki, Azərbaycan dövləti və xalqı var olduqca canını və qanını əsirgəməyən qəhrəmanlarımız daim diqqət və qayğı içində olacaqlar. Lənkəran Şəhər İcra Hakimiyyəti də hər zaman şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına həssaslıqla yanaşıb, onların qayğı və problemlərini xüsusi nəzarətdə saxlayıb, onların özlərini yalnız hiss etməməsi üçün bütün imkanlarını səfərbər edib.

“Unikal” xəbər verir ki, Lənkəran ŞİH başçısı Taleh Qaraşov müvafiq sərəncamı ilə İcra aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təQşkili şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin etdiyi II Qarabağ müharibəsi qazisi, II qrup əlil Eyvaz Hüseynzadə Əmir oğlunu qəbul edib, ona çətin və şərəfli işində uğurlar arzulayıb, tutduğu vəzifənin əhəmiyyəti və məsuliyyəti barədə qazimizə tapşırıq və tövsiyələrini verib. Qeyd edək ki, E.Hüseynzadə hərbi əməliyyatlar zamanı göstərdiyi igidlik və şücaətinə görə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]