Benilüks Azərbaycanlıları Konqresindən TƏBRİK

Böyük Zəfər ili Azərbaycan diasporu üçün böyük sınaq və qələbə ili olmuşdur. Vətən müharibəsi dövründə xaricdəki soydaşlarımız yaşadığı ölkələrdən, çalışdığı yerlərdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə dəstək oldular. Bizdə “Beneluks Azərbaycanlıları Konqresi “ olaraq Diaspora Komitəsi ilə sıx şəkildə kordinasiyalı çalışaraq var gücümüzlə dövlətimizin və ordumuzun yanında olduq. Bütün bu illər ərzində doğma Diaspora Komitəsinin gördüyü işləri yüksək qiymətləndiririk. Bizlər dünyanın harasında yaşamağımıza baxmayaraq çox işlər görməliyik ki, Azərbaycan diasporu hər zaman güclu olsun . İqtisadi cəhətdən daha da möhkəmlənsinlər,yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər. Yaşayıb-yaratdıqları ölkələrdə öz təsir imkanlarını genişləndirə bilsinlər. Beləliklə də Beynəlxalq müstəvidə də Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırılmasında öz imkanlarını səfərbər etsinlər. Hesab edirəm ki, bütün dünya Azərbaycanlıları yalnız bu yolda İlhamla irəliyə doğru getməlidir.
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi yubileyi münasibətilə Komitə sədri Fuad Muradov başda olmaqla bütün zəhmətkeş kollektivini ürəkdən təbrik edirəm.

Dərin hörmətlə,
Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]