Mariupolda binaların həyətlərində basdırılan cəsədlər çıxarılaraq kütləvi məzarlarda dəfn olunur

Mariupolda çoxrmərtəbəli binaların həyətlərində dəfn edilən cəsədlərin eksqumasiyası bərpa edilib.

Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko məlumat verib.

“Hazırda Rusiya Federasiyasının İstintaq Komitəsi eksqumasiya aparır. Meyitlər çıxarılaraq plastik torbalara qoyulur və birbaşa Starıy Krıma aparılır. Orada artıq kütləvi məzarlarda basdırılır”, – deyə o, bildirib.

Andryuşenkonun sözlərinə görə, eksqumasiyadan sonra müstəntiqlər və ya sadəcə hərbçilər basdırılan insanların ölümünün təfərrüatları ilə bağlı yerli sakinləri dindirirlər.

Mənbə: unian.net

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]