Azərbaycanda şadlıq saraylarında menyular BAHALAŞDI

İyun ayında şadlıq saraylarında sifarişlərin sayında 63% artım qeydə alınıb.

Aktualtv.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) bildirilib.

Qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə monitorinq aparılıb. Monitorinqin nəticələrinə görə, iyun ayında toy və şənliklərin sayının azalmasına baxmayaraq menyuların qiyməti orta hesabla 5% bahalaşıb.

40 manatadək olan menyularda qiymət artımları 3 faiz, 40-80 manat arasındakı menyularda 5 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 7 faiz olub.

Eyni zamanda, monitorinqlər xidmət keyfiyyətinin azalmasını müşahidə edib. Belə ki, ötən müddətdə xidmətçilərin sayında müşahidə edilən azalma xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]