Mingəçevirdə hərbçi su anbarında BOĞULDU – (YENİLƏNİB (FOTO)

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti hadisə ilə bağlı məlumat yayıb.

Qurumdan verilən məlumata görə, “Mingəçevir” məntəqəsindən sağa 2 km aralı, qeyri-çimərlik ərazidə 1 nəfər şəxsiyyəti məlum olmayan kişi meyiti vətəndaşlar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. KGNSXDX tərəfindən əməliyyat keçirilməyib.

xxx

17:41

Mingəçevir su anbarında çimən şəxs boğulub.

“Unikal”ın məlumatına görə, hadisə Mingəçevir su anbarındakı çimərliklərdən birində baş verib. 1995-ci il təvəllüdlü Goranboy rayon sakini Bayramov Namizəd İsrayıl oğlu suda çimərkən boğularaq ölüb.

Meyit Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Dalğıc Axtarış qrupu tərəfindən sahilə çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Namizəd Bayramovun Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu (MAXE) olduğu bildirilir.

Faktla bağlı araşdlrma başlanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]