Millət vəkilindən örnək addım: Ağır xəstə olan Avropa çempionunu himayəyə götürdü

Millət vəkili Jalə Əhmədova daha bir örnək addım atıb. Jalə Əhmədova  yarışların birində ağır xəsarət alan idmançımızı himayəyə götürərək onu müalicəsinə dəstək verib. Aktulatv.az xəbər verir ki, bu barədə millət vəkili sosial şəbəkə hesabından bildirib.

“Ötən il Rüstəm İmanzadəyə növbəti ad gününü əlil arabası olmadan, öz ayaqları üstündə qeyd etməyi arzu etmişdim. Çox şükür Allahımıza, qismən də olsa bu arzum reallaşıb. Qismən niyə deyirəm? Çünki hazırda Türkiyədə Rüstəmin reabilitasiya və müalicə kursları davam edir.

Rüstəmin müalicəsinə dəstək olmağı mənə və mənim ətrafımdakı doğma insanlara nəsib edən Allahıma çox minnətdaram. Yerinə yetirdiyimiz hər bir xeyirxah əməl Allahın bizlərə lütfüdür, deyə düşünürəm.

Rüstəm, səni səmimi qəlbdən təbrik edir, sənə xoşbəxt gələcək və sağlam həyat arzulayıram. Doğum günün mübarək olsun! Növbəti ad gününü sağlamlığına qovuşaraq öz ayaqların üstündə qeyd etmək diləyi ilə…

Qeyd: Rüstəm İmanzadə Ağır atletika üzrə dəfələrlə Azərbaycan çempionu və gənclər arasında Avropa çempionu olub, 2014-cü ildə Kiprin Limassol şəhərində keçirilən qitə birinciliyində ciddi zədə alıb. 148 kq ağırlığı qaldırarkən sağ qolunun qırılması nəticəsində belindən ağır zədələnib və artıq 8 ildir ki, yeriyə bilmirdi…”

image-77

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]