Rusiya və İran prezidentləri GÖRÜŞDÜ

Tehranda üçtərəfli sammit öncəsi Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında görüş olub.

Aktualtv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə çıxış edən İran Prezidenti bildirib ki, ölkələr arasında təcrübə və əməkdaşlıq sayəsində region daha təhlükəsiz olub.

“Əlaqələrimiz və terrorla mübarizədə əməkdaşlığımız sübut etdi ki, biz qarşıya qoyduğumuz məqsədlərə nail ola bilərik. Hesab edirəm ki, bu, regionumuzda təhlükəsizlik səviyyəsinin yüksəldilməsi baxımından çox dəyərli və yaxşı təcrübədir”, – Rəisi deyib.

Putin öz növbəsində qeyd edib ki, beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirməklə Suriya böhranının həllinə mühüm töhfə verilə bilər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]