Təhsil müəssisələrinə həkimlər təhkim olunacaq

Təhsilalanların ilkin tibbi göstəricilərinə dair məlumatlarının təhsil sisteminin informasiyalaşdırılması üzrə məlumat bazasının alt sisteminə inteqrasiya edilməsi məsələsi də müzakirə olunur. 

Bunu TƏBİB-in şöbə müdiri Zamirə Ədilova deyib.

O bildirib ki, məktəblərdə şagirdlərin fiziki və psixoloji sağlamlığı diqqət mərkəzindədir:

“Bu yaxınlarda Təhsil Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) arasında əməkdaşlıq əlaqələrinə dair görüş keçirilib. Görüşdə orta və ümumtəhsil məktəblərində, eləcə də ali təhsil müəssisələrində tibbi xidmətlərin təşkili, yeni, müasir tələblərin müəyyən edilməsi, tibb məntəqələrinin sayının artırılması, tibbi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, ixtisaslı mütəxəssislər tərəfindən uşaqların mütəmadi müayinəsinin həyata keçirilməsi, aşkar edilən xəstəliklər üzrə qruplar formalaşdırılaraq, hər qrup üçün xüsusi proqramların hazırlanması, onların vaxtında müalicəyə cəlb olunması məsələləri müzakirə olunub”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]