Həmişə gecikən Putin bu dəfə Ərdoğanı gözləməli oldu – Video

Xəbər verdiyimiz kimi, iyulun 19-u Tehranda Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

Aktualtv.az xarici mediaya istinadən xəbər verir ki, görüşdən əvvəl Putinin türkiyəli həmkarını gözləməsini əks etdirən videogörüntülər gündəmə çevrilib. Belə ki, Putin görüş otağına Ərdoğandan əvvəl gəlib və təqribən 50 saniyə ərzində həmkarının gəlişini gözləyib. Kameralar isə həmin dəqiqələrdə Putinin reaksiyalarını yaxından izləyib.

Xarici media yazır ki, Vladimir Putin görüşlərə gecikməsi xüsusiyyəti ilə məşhurdur. Bildirilir ki, o, müxtəlif vaxtlarda Roma papası Fransisk, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp, Birtaniya kraliçası II Yelizaveta və digərləri ilə görüşlərə gecikib. Rusiya liderinin hətta bəzi görüşlərə bir neçə saat gecikdiyi də qeyd olunub. Tehranda isə Putin Ərdoğanı gözləməli olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]