Səlim Müslümov hakim qarşısına çıxarılır

Külli miqdarda rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla bağlı istintaq yekunlaşıb.

Aktualtv.az xəbər verir ki, onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin icraatına verilib. Zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb. Həlilik məhkəmənin hazırlıq iclasının vaxtı bəlli deyil. 

Qeyd edək ki, S.Müslümov ötən ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub.

Xatırladaq ki, Səlim Müslümovun istintaq müddəti 1 il 5 ay çəkib. Saxlanıldıqdan sonra barəsində həbs qətimkan tədbiri seçilib. O, 1 il 3 ay həbsdə qaldıqdan sonra səhhətindəki problemlərlə bağlı olaraq bu ilin mayında ev dustaqlığına buraxılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]