Türkiyəli bloqer İrəvanda “bozqurd” işarəsi göstərib – Video

Berkay Türkmen adlı türkiyəli bloqerin İrəvandan paylaşdığı videolar Ermənistanda səs-küyə səbəb olub.

Aktualtv.az erməni mediasına istinadən xəbər verir ki, sözügedən bloqer İrəvandakı qondarma “erməni soyqırımı” abidəsinin qarşısında “bozqurd” işarəsi göstərib və bunu lentə alıb.

Bununla yanaşı, digər bir videoda Berkay Türkmenin İrəvan küçələrində üzərində Türkiyə bayrağı olan geyimdə gəzdiyini görmək mümkün olub. 

Sözügedən bu görüntülər Ermənistanda geniş müzakirələrə səbəb olub, bundan narahat olan ermənilər həmin bloqerin tapılması ilə bağlı şərhlər yazıblar. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]