Aygün Əliyeva Milli Mətbuat günü münasibətilə  jurnalistləri təbrik edib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı  direktoru Aygün Əliyeva  “22 iyul – Milli mətbuat və Jurnalistika günü” münasibətilə jurnalistləri təbrik edib.

Aktualtv.az həmin təbriki təqdim edir:

Hörmətli mətbuat işçiləri! 

Dəyərli qələm sahibləri!

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi adından Sizi “22 iyul – Milli mətbuat və Jurnalistika günü” münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizin inkişafı naminə şərəfli və məsuliyyətli işinizdə hər birinizə böyük uğurlar arzulayırıq.

Azərbaycan mətbuatı zəngin və mənalı inkişaf yolu keçib. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynamış mətbuat xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini verib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə səmərəli əməkdaşlığa və ölkəmizdə mətbuatın inkişafı istiqamətində fəaliyyətinizə görə Sizə təşəkkürümüzü bildiririk.

Sizi peşə bayramınız münasibətilə bir daha ürəkdən təbrik edir, böyük fədakarlıq tələb edən məsuliyyətli və son dərəcə şərəfli fəaliyyətinizdə tükənməz enerji və müvəffəqiyyətlər arzu edirik.”

P.S. Aktualtv.az olaraq xüsusi diqqət və təbrikə görə Agentliyinin icraçı  direktoru Aygün Əliyevaya təşəkkürümüzü bildiririk.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]