Rusiya FTX Türkiyə hərbçiləri barədə xəbəri təkzib etdi

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı Sərhəd İdarəsi və Milli Təhlükəsizlik Xidməti erməni mediasında guya türkiyəli hərbçilərin Ermənistanın Araqatsavan kəndində dövlət sərhədini keçməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Sərhəd İdarəsinin Mətbuat xidməti yayıb. 

“Sözügedən məlumat həqiqətə uyğun deyil. Hazırda dövlət sərhədinin mühafizəsi xidməti gündəlik rejimdə həyata keçirilir”, – deyə məlumatda qeyd olunub. 

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində yayılan məlumata görə, guya türkiyəli üç hərbçi sərhədi keçərək erməni çobanları əsir götürüb. İddialara görə, çobanlar Rusiya tərəfinin köməkliyi ilə geri qaytarılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]