“WhatsApp”da yeni FUNKSİYA

Artıq “WhatsApp” istifadəçiləri “Android” əməliyyat sistemindən iOS-a keçərkən messencer məlumatlarını ötürə biləcəklər.

Bu barədə “XDA-developers” portalı məlumat yayıb. Keçən il belə funksiya “Samsung” istifadəçiləri üçün yaradılmışdı.

Yenilik hesab məlumatlarını, profil şəklini, şəxsi və qrup çatlarını, söhbət tarixçəsini, media faylları və ayarları bir əməliyyat sistemindən digərinə ötürməyə imkan verir. Bununla belə, zəng tarixçəsi və hesabın görünən adı kopyalanmır.

Qeyd olunur ki, istifadəçi minimum “Android 5.0” və ya “iOS 15.5” əməliyyat sistemli smartfona malik olmalıdır. Bundan əlavə, “Android”də “WhatsApp”ın 2.22.7.74 və ya daha yüksək versiyası, iOS-da isə “WhatsApp”ın 2.22.10.70 və ya daha yuxarı versiyası quraşdırılmalıdır.

İstifadəçi “Android” smartfonundan “iPhone” keçirsə, birinciyə “iOS-a köçürmə” tətbiq-proqramını quraşdırılmalıdır, “iPhone” isə zavod parametrlərinə qədər sıfırlanmış və ya tamamilə yeni olmalıdır. Bundan əlavə, hər iki cihaz eyni Wi-Fi şəbəkəsinə qoşulmalıdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]