Polis Siyəzəndə əməliyyat keçirdi: İki nəfər saxlanılıb

Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) və Baş Dövlət Yol Polisi İdarəsinin 1-ci tağımının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakinləri Murad Həbibzadə və Ədalət İlyasov saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə, yaşadıqları ünvanlara, eləcə də avtomobillərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin, marixuana və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]