Uşaqlar arasında yenə virus yayılıb – Video

Son zamanlar uşaqlarda rotavirusa yoluxma halları artıb.

Aktualtv.az “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, xəstəlik qusma, ishal və yüksək hərarətlə müşahidə olunur.

Həkimlər valideynləri diqqətli olmağa çağırır. Günlərlə davam edən qızdırma, qarın ağrısı, halsızlıq uşaqlar arasında geniş yayılıb. Xəstəliyə yoluxan uşaqlarda yüksək hərarət müşahidə olunur.

Həkimlər deyir ki, hər il yaz-yay aylarında uşaqlar arasında rotavirus adlı virus yayılır. Bu il virusa yoluxan uşaqların sayı daha da artıb. Xəstəliyə yoluxma xüsusən də çimərlik mövsümündə daha çox müşayiət olunur. Hovuza və dənizə gedənlər uşaqlar arasında infeksiya daha tez yayılır.

Rotavirus çirkli əllər, yaxşı yuyulmamış qidalar, bəzən də hava və damcı yolu ilə də yayıla bilir. Uşaqlarını virusdan qorumaq istəyən valideynlər gigiyenik qaydalara əməl etməli, uşaqları yaxın təmasdan uzaq tutmalıdırlar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]