İslamiadanın proqramında kikboksinqin bir növü və bəzi çəki dərəcələri ləğv olunub

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarının kikboksinq proqramında dəyişiklik olunub.

Bu barədə Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimov məlumat verib.

Onun sözlərinə kikboksinqin “Point Fighting” növü bütünlüklə ləğv olunub. Həmçinin kişilərdə “Low Kick”də 91 kq, “Full Contact”da 57 kq və +91 kq çəki dərəcələri üzrə mübarizə olmayacaq. Qadın kikboksçuların yarışında isə 48 və 70 kq çəki dərəcələri ləğv edilib.

Buna səbəb həmin çəki dərəcələrində idmançıların sayının azlığı olub.

Qeyd edək ki, 9-18 avqust tarixlərində keçiriləcək İslamiadada Azərbaycan 24 kikboksçu ilə təmsil olunacaq. Kikboksinq yarışları 16-18 avqust tarixlərində baş tutacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]