Trendə çevrilən kitabın qiyməti neçəyədir? – FOTO

Bir neçə gündür İsrailin Azərbaycandakı səfiri Corc Dikin “Təbrizin sehirli nağılları” kitabı ilə çəkdirdiyi şəkil trendə çevrilib.

“Unikal”ın məlumatına görə, bir çox şəxslər bu kitabla foto çəkdirərək sosial şəbəkə hesabında paylaşır.

İnsanların marağına səbəb olan kitabın qiymətincə gəlincə, Bakı Kitab Mərkəzinin saytında (Baku Book Center) onun qiyməti 70 manatdır.

Qeyd edək ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik Təbrizdə Azərbaycan tarixi və mədəniyyətini öyrənməsilə bağlı “Twitter”də paylaşım edib.

“Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, bu günlərdə nə oxuyursunuz?”, – deyə səfir paylaşımında bildirib. Səfirin bu tviti sosial şəbəkədə maraqla qarşılanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]