“Müharibəyə baxmayaraq, bunu edəcəyik” – Zelenski

“Ukrayna və Ukrayna xalqı müharibəyə baxmayaraq, avqustun 24-də Müstəqillik Gününü qeyd edəcək”.

Bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski bildirib.

“Ölkədə müharibənin getməsinə baxmayaraq, dövlətimiz üçün vacib olan bütün tarixləri mütləq qeyd edəcəyik. Bəli, təhlükəsizlik şəraitinə və bütün vəsaitin cəbhəyə getdiyinə görə, biz bunu həmişəki kimi yüksək səviyyədə qeyd edə bilməyəcəyik. Amma bu tarixlər bizim təqvimimizdə, yaddaşımızda və uşaqlarımız üçün mütləq olacaq. Biz bunu etməliyik, çünki rus povestini bitirməliyik”, – deyə Zelenski Kiyevə səfəri zamanı Qvatemala prezidenti Alejandro Giammattei ilə keçirdiyi brifinqdə bildirib.

Prezident bayramın formatını açıqlamayıb: “Biz qətiyyən aqressiv qonşularımızı baş verəcəklər barədə xəbərdar etmək istəmirik. Lakin bu, baş verəcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]