Nazir imtahan suallarının satılmasından DANIŞDI: “Bizim səhvimizdir”

“Hazırda müəllimlərin işə qəbulu imtahanlarında sualların satılması ilə bağlı məsələ araşdırılır”.

Aktualtv.az .Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.

Nazir bildirib ki, Təhsil Nazirliyi imtahanların şəffaf keçirilməsində maraqlıdır:

“Sualların satılması ilə bağlı məsələ araşdırılır. Bu, bizim səhvimizdir və mən nöqsanın məsuliyyətindən qaçmıram. Səbəbi araşdırılır. Hansısa müəllim məsuliyyətsizliyə yol verib və bu məsuliyyətsizliyi hüquq-mühafizə orqanları ilə müəyyən ediləcək”.

Nazir qeyd edib ki, bir nəfərin məsuliyyətsizliyi 4 min insanın əməyini yerə vurub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]