Qarabağa köçəcək şəxslərə ŞAD XƏBƏR – VİDEO

Alternativ enerji mənbələrindən istifadə edilməklə, ən müasir innovativ texnologiyalar tətbiq edilib. Ağalı kəndi yeni texnologiyalarla inşa edilən ilk yaşayış evləridir.

Aktualtv.az xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra da sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

Fuad Hüseynov əlavə edib ki, işğaldan azad olunan ərazilərdə yaşayanlara bağlı yeni qanun layihəsi hazırlanır.

İşğaldan azad olmuş ərazilərimizə böyük qayıdış mərhələli şəkildə davam etdirilir.Yaxın gələcəkdə növbəti köçün Füzuli rayonunun Dövlətyarlı kəndində baş tutması gözlənilir.

Dövlət komitəsinin sədr müavini onu da bildirdi ki, Ağalıda məskunlaşan şəxslərin doğmaları portaldan qeydiyyatdan keçdikdən sonra öz yaxınlarını görməyə gedə bilərlər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]