“AzInTelecom”un müştəri xidmətləri “Şəbəkə” ofisində fəaliyyət göstərəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Müştəri Xidmətləri vahid mərkəzdə fəaliyyət göstərməyə başlayır.

Nazirlikdən  verilən məlumata görə, artıq avqustun 1-dən etibarən vətəndaşların “SİMA Token” məhsulunun sifarişi, əldə edilməsi, həmçinin şirkətin digər məhsulları və xidmətləri ilə bağlı müraciətləri yalnız Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında yerləşən “Şəbəkə” xidmət mərkəzində qəbul ediləcək.

Qeyd edək ki, “SİMA Token” məhsulunu token.sima.az saytı vasitəsilə də sifariş etmək olar. İmza hazır olduqdan sonra Bakı üzrə “Şəbəkə” ofisindəki Müştəri Xidmətlərinə, regionlarda isə yaxınlıqdakı poçt filialına yaxınlaşaraq sifariş edilən tokeni əldə etmək lazımdır.

“SİMA Token”lə bağlı yaranan çətinlik və suallarla əlaqədar “157” Çağrı Mərkəzinə də zəng etmək mümkündür.

Xatırladaq ki, bir müddət öncə “AzInTelecom” MMC-yə məxsus Müştəri Xidmətləri Mərkəzi təkmilləşdirilərək xidmət operatorlarının sayı artırılıb, texniki imkanlar gücləndirilib və bayram günləri də daxil olmaqla, həftə içi saat 09:00-18:00 arası fasiləsiz iş rejiminə keçilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]