Payızda hansı qapanmalar ola bilər? – AÇIQLAMA

“Ola bilər ki, karantin qaydalarında müəyyən sərtləşmə olsun. Çünki karantin hələ bitməyib. İnsanlar elə bilirlər ki, pandemiya sona çatıb. Nə qədər ki, pandemiyanın bitməsi rəsmi elan olunmayıb, demək onun içərisində yaşayırıq”.

Aktualtv.az xəbər verir ki bunu “Unikal”a açıqlamasında tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. H

Həkim bildirib ki, karantin qaydaları həddindən artıq yumşaldılıb, amma epidemoloji vəziyyətə görə sərtləşdirilə bilər. 

“Hansı epidemoloji vəziyyət olmasından asılı olmayaraq, birmənalı şəkildə demək olar ki, pandemiya sonuna yaxınlaşır. Düşünürəm ki, sərt qapanmalar olmalı deyil. Belə ki, iqtisadiyyat, təhsil bundan xeyli ziyan çəkdi. Ola bilər ki, qapalı mühitdə maska taxılması yenidən tətbiq olunsun, kütləvi tədbirlərdə müəyyən məhdudiyyətlər edilsin. Çox sərt tədbirlərin olacağını düşünmürəm”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]