“Taxıl daşıyan 10 gəmi göndərilməyə hazırdır” – İnfrastruktur Nazirliyi

Odessa və Çornomorsk limanları artıq 17 gəmi yükləyib, onlardan 10-u göndərilməyə hazırdır.

Bu barədə İnfrastruktur Nazirliyi “ Telegram”da məlumat yayıb.

“Bu gün İnfrastruktur Nazirliyinin nümayəndə heyəti Ukrayna prezidenti Volodimir Zelenski, G7-nin səfirləri, Türkiyə və BMT nümayəndələri ilə birlikdə İstanbulda imzalanmış taxıl təşəbbüsü çərçivəsində ilk gəmilərin yüklənməsi prosesini yoxlayıb. O cümlədən, 17 gəmi Artıq Odessa və Çornomorsk limanlarına yüklənib, onlardan 10-u artıq göndərilməyə hazırdır”.

Taxıl ixracı yüklənmiş, lakin Rusiyanın tammiqyaslı işğalının başlaması səbəbindən limanı tərk edə bilməyən bir neçə gəminin yola düşməsi ilə başlayacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]