Nazirlikdən Emin Əmrullayevlə bağlı AÇIQLAMA

Elm və təhsil Nazirliyi elm və təhsil sahəsində son günlər həyata keçirilən islahatlarla bağlı açıqlama yayıb.

Aktualtv.az xəbər verir ki, açıqlamada bildirilib:

“Prezident İlham Əliyevin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzaladığı Fərmanla Təhsil Nazirliyinin adı Elm və təhsil Nazirliyi olaraq adlandırılıb.

Eləcə də, elm sahəsində dövlət siyasəti və tənzimlənməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edilib.

Buradan da aydın göründüyü kimi, Elm və Təhsil Nazirliyinin yenidən təşkili, elm və təhsil naziri vəzifəsinə yeni təyinatdan söhbət getmir. Emin Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]