Buğda ilə bağlı dövlət standartı dəyişdiriləcək

Dünya bazarında və regionda taxılın tədarükündə yaranmış çətinliklər nəzərə alınmaqla, ərzaqlıq buğda təchizatının dayanıqlılığının təmin edilməsi məqsədilə ölkəmizdə tədarük olunan buğdanın keyfiyyət göstəriciləri “Taxıl və taxıl məhsulları” və “Qida məhsullarının keyfiyyəti və texnologiyası” Texniki komitələrinin növbədənkənar onlayn iclasında müzakirə edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun, həmçinin Dövlət Ehtiyatları Agentliyinin nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə keçirilən iclasda tədarük olunan taxılın keyfiyyət göstəricilərinə dair tələblər təhlil olunub.

İclasda “Standartlaşdırma haqqında” qanuna uyğun olaraq AZS 888:2020 “Buğda.Texniki şərtlər” dövlət standartına dəyişikliklərin edilməsi qərara alınıb.

Dövlət standartında edilən dəyişikliklər ölkəyə idxal olunan ərzaqlıq buğdanın seçim imkanlarının və tədarük potensialının genişləndirilməsinə şərait yaradacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]