Gömrük Komitəsinin yeni sədr müavini kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Bəhruz Quliyev Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub.

“Aktualtv.az”ın məlumatına görə, Bəhruz Quliyev 30 sentyabr 1981-ci ildə Tovuz rayonunda anadan olub. 2003-cü ildə Milli Aviasiya Akademiyasının Avianəqliyyat İstehsalatı fakultəsinin əyani şöbəsinə daxil olub. 2008-ci ildə həmin Akademiyanı avianəqliyyat istehsalatının təşkili ixtisası üzrə bitirib.

2011-ci ildə Baki Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olub, 2015-ci ildə Hüquqşünas ixtisasını bitirib. Milli Aviasiya Akademiyasının Doktorantıdır.

2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib.

7 yanvar 2022-ci ildən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Rəisi vəzifəsinə təyin olunub.

2018-ci ildə “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı, 2021-ci ildə “Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə görə” medalları ilə təltif olunub.

Ailəlidir, 4 övladı var.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]