Hökumət və əhali üçün ÇƏTİN PAYIZ… – Bahalaşmanın qarşısı necə alınacaq?

Yaponiyada 1 431 adda ərzaq məhsulunun qiymətində artım qeydə alınıb.

Bu baxımdan rekordun oktyabr ayında qeydə alınacağı gözlənilir. Analitiklər daha 6 min adda məhsulun bahalaşacağını proqnozlaşdırırlar. Bu il ərzində qiymətlərin orta hesabla 14% artacağı gözlənilir. Əgər yaya qədər qiymət artımına dünyada taxıl və yanacaq qiymətlərinin artması təsir edirdisə, daha sonra yenin ucuzlaşması, həmçinin idxal qiymətlərinin artması vəziyyəti daha da gərginləşdirib. Bu vəziyyət əksər ölkələr üçün xarakterikdir.

Qeyd edək ki, ölkəmizdə də ərzaq məhsullarında kifayət qədər artım özünü göstərir. Hətta mövsümlə bağlı məhsul bolluğu olmasına baxmayaraq, bir çox məhsullarda heç bir ucuzlaşma müşahidə edilmir. Mövcud vəziyyəti dünya bazar qiymətləri ilə əlaqələndirənlər olsa da, bəzi ekspertlər bunu ölkədaxili problemlərdən- inhisarçılıqdan, istehsalın azlığından qaynaqlandığını vurğulayırlar.

Məhsul bolluğu olan bir dövrdə bazarda ucuzlaşma yoxdursa, qarşıdakı aylarda daxili bazarda yaranacaq təhlükəni necə aradan qaldırmaq olar? , iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, hazırda bahalaşma ümumən dünyada gedən prosesdir və əsasən də geosiyasi vəziyyətlə bağlıdır:

“Rusiya-Ukrayna müharibəsi də burada rol oynayır. Enerji daşıyıcılarının da qiyməti qalxıb və bu, təbii ki, dünyada istehsal olunan bir sıra mal və məhsulların qiymətlərinin artmasına səbəb olur. Böyük ehtimalla proses davam edəcək və nəinki bu il, gələn il, bəlkə də növbəti illərdə də dünyanın iqtisadi göstəricilərinin pisləşəcəyini gözlənilir, proqnozlar da ürəkaçan deyil”.

Azərbaycana gəldikdə ekspert deyir ki, neft və qazın qiyməti artırsa, gəlirlərimiz də artır:

“Bu fonda nə etmək lazımdır? Dövlətin əsas gəlirləri neft və qazdandır, xüsusilə də sahibkarlar üçün vergi və gömrük tariflərini, rüsumlarını endirmək lazımdır ki, həmin mallar istehlakçılara baha satılmasın. Hamı bilməlidir ki, girdiyi mağazada aldığı məhsulun üzərində gömrük rüsumu və vergi də var. Sahibkar onu xaricdən aldığı qiymətlə satmır. Dövlət kəskin artımın qarşısını belə ala bilər. Bütün dünyada bu üsul tətbiq olunur. Heydər Əliyev deyirdi ki, biz bazar iqtisadiyyatını vergilər yolu ilə tənzimləyirik. Hazırda vergi və rüsumları endirmək, hətta bəzilərini ləğv etmək lazımdır ki, xaricdən gələn malın qiyməti qalxmasın”.

Ekspertin sözlərinə görə, yaxın müddətdə bahalaşmanın nə qədər artacağı ilə bağlı konkret rəqəm demək mümkün deyil:

“Mərkəzi Bank özü də etiraf etdi ki, birrəqəmli inflyasiya mümkün deyil. Yəni minimum inflyasiya 12 faizdir. Fikrimcə, inflyasiya böyük ehtimalla 20 faizdən çoxdur. Çünki məhsulların qiyməti beşdə bir qədər artıb və artmaqda davam edir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]