Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Unikal”a verilən məlumata görə, havanın temperaturu gecə 21-26° isti, gündüz 30-34° isti, Bakıda gecə 24-26° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]