Yaxın 3 gün ərzində hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətinin avqustun 8- i saat 18:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Kişçay (Şəki), Xaltan, Qrız, Şabran, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Kürdəmirdə şimşək çaxıb, arabir yağış yağıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin avqustun 8-dən 9-a keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı  var. Mülayim cənub- şərq küləyi əsəcək. Havanın  maksimal temperaturu günorta saatlarında 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da avqustun 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənir. Ayrı-ayrı bölgələrdə yağışın intensivləşəcəyi ehtimalı var. 10-u və 11-də ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Havanın  maksimal temperaturu aran rayonlarında 34-39 dərəcə, dağlarda 20-25 dərəcə isti olacaq.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]