Brilliant Dadaşova Prezidentin onun mahnısını dinləməsindən yazdı – Video

Xalq artisti Brilliant Dadaşova Prezident İlham Əliyevin onun mahnısını dinlədiyi video ilə bağlı paylaşım edib.

Aktualtv.az xəbər verir ki, o, bu barədə öz instaqram səhifəsində yazıb.

Müğənni sözügedən görüntüləri Birinci vitse-prezident Mehriban Əliyevanın səhifəsindən “repost” edərək bildirib: “Ali Baş Komandanımız və Birinci vitse-prezidentimizin yorucu və çətin işlərində doğma musiqimizin onlara ruh yüksəkliyi verməsi bizim üçün böyük şərəfdir”.

Qeyd edək ki, ötən gün Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfərdən video paylaşmışdı. Həmin videoda dövlət başçısı və xanımı Xalq artisti Brilliant Dadaşovanın “Könlüm” musiqisini dinləyirdilər. Mahnının sözləri Xalq şairi Fikrət Qocaya, musiqi isə Firəngiz Babayevaya məxsusdur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]