Çexiya çempionunun Bakıya səfər proqramı AÇIQLANDI

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olacaq Çexiyanın “Viktoriya” Plzen komandasının Bakıya səfər planı bəlli olub.

Aktualtv.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, Plzen təmsilçisi avqustun 16-sı səhər saatlarında Azərbaycan paytaxtına yola düşəcək.

Saat 19:45-də “Viktoriya”nın baş məşqçisi Mixal Bilekin mətbuat konfransı baş tutacaq. Ardınca isə Çexiya çempionu matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqə çıxacaq.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək “Qarabağ” – “Viktoriya” görüşü saat 20:45-də başlayacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]