İrəvandakı partlayışın hədəfi PAŞİNYANDIR? – Onu öldürə bilərlər…

İrəvanda ticarət mərkəzindəki partlayış Ermənistanda siyasi qüvvələrin mübarizəsinə təsir edə bilər: müxalifət hökuməti ittiham edir, hakimiyyətə yaxın media isə artıq “sui-qəsd nəzəriyyələri” haqda mötərizələr açır.

Mümkündür ki, “sui-qəsd” ssenarisi bir qədər də inkişaf etdirilsin və bundan iki istiqamətdə istifadə olunsun:

– Erməni ictimai rəyində gündəm dəyişir: müxalifətin Laçın şəhərinin Azərbaycana təhvil verilməsi, ümumilikdə Qarabağ məsələsi üzərindən apardığı piar zəifləyir;

– Media tərəfindən “sui-qəsd” ssenarilərində revanşistlərin də adı bu və ya digər formada hallandırıla və bundan siyasi təzyiq olaraq istifadə edilə bilər.

Partlayışın gün ərzində bütün metro stansiyalarına, parlamentə və bir sıra hərbi obyektlərə bomba qoyulması haqda verilən anonim məlumatlar fonunda baş verməsi də “sui-qəsd” ssenarisini qüvvətləndirir.

Asif Nərimanlı

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]